SİYASƏT
GƏNCLƏR, İDMAN VƏ TURİZM NAZİRLİYİ MƏŞĞƏLƏ KEÇİRMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, əlverişsiz şəraitə düşmüş uşaqların xüsusi diqqət və qayğıya ehtiyacları olduğundan onları vaxtında axtarıb tapmaq, təcili köməklik göstərmək məqsədi ilə yerlərdə uşaqlarla işləyən bütün dövlət və qeyri-dövlət təşkilatlarında çalışan mütəxəssislər, rayon icra hakimiyyətlərinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının üzvləri, Gənclər, İdman və Turizm Nazirliyinin, təhsil, səhiyyə və mədəniyyət sahələrinin əməkdaşları məşğələyə cəlb edilmişdilər.
Tədbirdə uşaq hüquqlarının qorunması istiqamətində mövcud qanunvericilik və hüquqi normativ aktlardakı boşluqlar, həmçinin həmin qanunların həyata keçirilməsinə mane olan amillərin aradan qaldırılması barədə müzakirələr aparılmış və dövlətin uşaqlarla bağlı siyasətinin günün reallığına uyğun istiqamətdə formalaşması üçün konkret təkliflər əldə edilmişdir.