RƏSMİ XRONİKA
GƏNC İSTEDADLARIN XÜSUSİ TƏQAÜDƏ LAYİQ GÖRÜLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:
Aşurov Mustafa Əhməd oğlu | - | Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı Onbirillik Musiqi Məktəbinin şagirdi |
Eyyublu Osman Fəxri oğlu | - | Bakı şəhər Kövkəb Səfərəliyeva adına 16 saylı Uşaq Musiqi Məktəbinin şagirdi |
İbrahimli Pərvaz Araz oğlu | - | Bərdə rayon 2 saylı Uşaq Musiqi Məktəbinin şagirdi |
Kərimova Cəmilə Rüstəm qızı | - | Bakı Xoreoqrafiya Məktəbinin şagirdi |
Mehmandarov Mustafa Adil oğlu | - | Bakı Musiqi Akademiyasının nəzdində Orta İxtisas Musiqi Məktəb-Studiyasının şagirdi |
Məmmədov Nicat Azər oğlu | - | Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı Onbirillik Musiqi Məktəbinin şagirdi |
Nəcəfli Nərmin Etibar qızı | - | Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi |
Rəsulov İsrafil Fərhad oğlu | - | Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı Onbirillik Musiqi Məktəbinin şagirdi |
Rzayev-Sarabski İsfar Aydın oğlu | - | Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi |
Rzayeva Fəridə Cavanşir qızı | - | Bakı şəhər Georgi Şaroyev adına 35 saylı Onbirillik Musiqi Məktəbinin şagirdi |
Seyidova Ceyla Uran qızı | - | Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi |
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2007-ci il.