MƏDƏNİYYƏT
G.Şaroyev adına musiqi məktəbi şagirdinin uğuru
Bakı, 28 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdi Şirin Əmiraslanova Estoniyanın Narva şəhərində keçirilən gənc pianoçuların F.Şopen adına XIII Beynəlxalq müsabiqəsində ölkəmizi uğurla təmsil edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, Ş.Əmiraslanova müsabiqədə Q.Qarayev, F.Şopen, İ.S.Baxın əsərlərini ifa edib. Öz yaş qrupunda gənc pianoçumuz Rusiya, Çin, Litva, Ukrayna, Belarus, Polşa və digər ölkələrin nümayəndələri ilə yarışıb. Beynəlxalq münsiflər heyəti Şirinin çıxışını, yüksək texnikası və musiqi duyumlu ifasını yüksək qiymətləndiriblər. Şirin müsabiqənin hər iki mərhələsinin xüsusi diplomu ilə təltif olunub.
Qeyd edək ki, Şirin Əmiraslanova 2018-ci ildə də keçirilən F.Şopen adına XII Beynəlxalq müsabiqənin də diplomantı adını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [22:00]
“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib
- 07.05.2024 [20:33]
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]