SİYASƏT
GUAM ilə İsrail arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq
Kiyev, 1 dekabr, AZƏRTAC
GUAM ilə İsrail arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 1-də GUAM-ın Milli Əlaqələndiricilər Şurasının videokonfrans formatında keçirilən 54-cü iclasında məlumat verilib.
Dekabrın 8-də GUAM-ın Milli Əlaqələndiricilər Şurası ilə İsrailin Nəqliyyat Nazirliyi arasında videokonfrans formatında keçiriləcək iclasda əməkdaşlığa dair memorandumun imzalanması nəzərdə tutulub. Artıq sənədin imzalanması üçün yekun razılaşma işləri aparılıb. İsrail ilə GUAM-a üzv ölkələri arasında ikitərəfli müzakirələr də aparılıb.
Videokonfransda Azərbaycan tərəfini Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev