SİYASƏT
GUÖAM DÖVLƏTLƏRİ ÖZBƏKİSTANDA TÖRƏDİLMİŞ TERROR AKTLARINI PİSLƏYİR
Bəyanatda deyilir ki, üzv dövlətlər Özbəkistan xalqı və hökuməti ilə həmrəy olduqlarını bəyan edərək, Özbəkistanda törədilmiş və günahsız insanların həyatına son qoymuş terror aktlarını qətiyyətlə pisləyir, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirlər. Bu faciəli hadisələr beynəlxalq terrorizmin bütün formaları və təzahürləri ilə mübarizədə səyləri birləşdirməyin və fəaliyyəti daha səmərəli şəkildə əlaqələndirməyin zəruriliyini bir daha nümayiş etdirdi.
GUÖAM-ın üzvü olan dövlətlər terrorizmlə mübarizəni əməkdaşlığın əsas məqsədlərindən biri olduğunu bildirərək, çağdaş dövrün heç cür bəraət qazandırıla bilməyən bu bəlasının kökünü kəsmək məqsədi ilə fəal qarşılıqlı işbirliyini inkişaf etdirmək niyyətində olduqlarını bəyan edirlər.