REGİONLAR


Gədəbəyin Poladlı kəndində dərman bitkilərinin emalı müəssisəsi qurulur

Gədəbəy, 16 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Özünün təbiət mənzərələri ilə hər kəsi valeh edən Gədəbəyin uca dağları və bu dağların meşələri həm də bir çox müalicəvi xüsusiyyətləri ilə seçilən bitki və meyvələrlə zəngindir. Həmin bitki və meyvələrin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi, müalicə üsulları insanlara çoxdan məlumdur. İnsanlar hələ qədim zamanlardan bəri onlardan bu və ya digər xəstəliyin müalicəsində geniş istifadə etmişlər. Həmin müalicə üsulları isə zamanın sınağından uğurla çıxaraq müasir elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yerli sahibkar tərəfindən rayonun Poladlı kəndində Gədəbəydə yetişən müalicəvi əhəmiyyətli dərman bitkilərinin toplanmasını, qurudulmasını və qablaşdırılaraq satışını təşkil edəcək yeni emal müəssisəsi qurulur.

Müəssisədə həm də Gədəbəydə yetişən meyvələrin şirəsi və kompotu istehsal olunacaq.

Rayon mərkəzindən təxminən 20 kilometr uzaqda yerləşən müəssisənin bu il istifadəyə verilməsi nəzərdə tutulub. Emal müəssisəsi fəaliyyətə başladıqdan sonra 15 nəfər burada işlə təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.