İQTİSADİYYAT


Gələn il qeyri-OPEC ölkələrinin neft istehsalı gündəlik 62 milyon barrelə çatacaq

Gələn il qeyri-OPEC ölkələrinin neft istehsalı gündəlik 62 milyon barrelə çatacaq

Bakı, 12 iyul, Nihad Budaqov, AZƏRTAC

İyunda Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft hasilatı sutkalıq 60 milyon barrelə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

IEA-nın hesabatına görə, bu il qeyri-OPEC ölkələrinin neft istehsalı keçən illə müqayisədə orta hesabla 2 milyon barrel artaraq gündəlik 60 milyon 200 min barrel olacaq. 2019-cu ildə isə bu göstərici 1 milyon 800 min barrel çoxalaraq sutkada 62 milyon barrel olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.