Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Gənc Liderlərin 20-ci Qlobal Bakı Forumu daha inklüziv dünyaya yeni körpü, ümid mayakı olacaq

Gənc Liderlərin 20-ci Qlobal Bakı Forumu daha inklüziv dünyaya yeni körpü, ümid mayakı olacaq

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan daha bir mötəbər tədbirə - Gənc Liderlərin 20-ci Qlobal Forumuna yüksək səviyyədə ev sahibliyi etdi. Xüsusi Olimpiya Hərəkatının 50 illiyinə həsr olunmuş tədbirin qonaqları bu misilsiz layihə üçün Bakını mükəmməl məkan kimi dəyərləndirdilər. AZƏRTAC idman jurnalisti Leyla Qurbanovanın forumun yekunları barədə qeydlərini təqdim edir.

Bakı - misilsiz layihə üçün mükəmməl məkan

Xüsusi Olimpiya Hərəkatının 50 illiyinə həsr olunmuş əsas tədbirlərdən birinin - Gənc Liderlərin 20-ci Qlobal Forumunun ev sahibi kimi Bakının seçilməsi qürurverici hadisədir. Avropa və Avrasiya Xüsusi Olimpiya Hərəkatının prezidenti Devid Evangelistanın Bakını bu misilsiz layihə üçün mükəmməl məkan adlandırması da bu baxımdan təsadüfi deyil. Məhz Azərbaycan - Qərblə Şərqin qovuşuğunda yerləşən, tolerantlığın beşiyi sayılan və minillər boyu sülhə, millətlər və dinlər arasında dostluq, qardaşlıq ideallarına sadiq qalan ölkəmiz bu cür həssas dönəmdə inklüziv cəmiyyət yaratmaq istəyən 45 ölkədən 200-dək gənc lideri öz ocağının istisinə cəmləyərək arzularına qovuşdura bilərdi.

Forumun açılışında çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın dünyada idman dövləti və öz gənclərinə böyük dəyər verən ölkə kimi tanınmasından qürur duyduğunu bildirərək “Xüsusi Olimpiya Hərəkatı Qlobal Gənc Liderlər Forumuna ev sahibliyi etməklə biz hər bir gəncimizə - əqli məhdudiyyətləri olan və olmayanlara verdiyimiz dəyəri nümayiş etdiririk. Bu forum cəmiyyətdən təcrid olunduğunu hiss edən hər kəs üçün daha inklüziv dünyaya yeni körpü, ümid mayakı olacaq”, - deyə tədbirin bəşəriyyət üçün böyük əhəmiyyət daşıdığını qeyd etdi.

Azərbaycan Xüsusi Olimpiya Komitəsi Beynəlxalq
xüsusi olimpiya ailəsinin fəal üzvlərindən biridir

Bu mötəbər tədbirin ev sahibi kimi Bakının seçilməsi, həm də ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrilərək irimiqyaslı idman tədbirlərini yüksək səviyyədə keçirməsi ilə bağlıdır. Azərbaycan buna qədər dünya əhəmiyyətli bir sıra idman yarışlarına - ilk Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına, Ümumdünya Şahmat Olimpiadasına, “Formula-1” yarışlarına və müxtəlif idman növləri üzrə dünya, Avropa çempionatlarına uğurla ev sahibliyi edib.

Bununla yanaşı, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin beynəlxalq xüsusi olimpiya ailəsinin fəal üzvlərindən biri olduğunu, dünya xüsusi olimpiya hərəkatına qiymətli töhfələr verdiyini də xüsusi qeyd etməliyik.

Bu il Azərbaycan Xüsusi Olimpiya Komitəsi də öz yubileyini – 25 illiyini qeyd edəcək. Hazırlığına start verilən və 11 idman növü üzrə 1000-ə yaxın atletin iştirak edəcəyi III Milli Oyunlar dünya və Azərbaycan xüsusi olimpiya hərəkatının yubileylərinə həsr olunacaq. İlboyu isə xüsusi olimpiya proqramına daxil olan növlər üzrə təlim-məşqlərin keçirilməsi, idmançıların müəyyən layihələr üzrə tədbirlərdə iştirakı onların mütəmadi nəzarətdə olmasını təmin edir.

Bu baxımdan regional proqramların da böyük əhəmiyyəti var. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin Bakı və Abşeron yarımadasından əlavə Gəncə, Şəki, Sumqayıt, Quba, Lənkəran, Göyçay, Salyan regional proqramları çərçivəsində uşaq və yeniyetmələrin idman vasitəsilə bacarıqlarının inkişafı üçün görülən işlər təqdirəlayiqdir. Regional proqramlarda xüsusi, yardımçı məktəb və internatların nəzdində komitənin ilkin təşkilatları olan adaptiv fiziki tərbiyə və idman klubları fəaliyyət göstərir. Yerlərdə regional yarışlar keçirilir, yığma komandalar formalaşdırılır və onların yarışlarda iştirakı təmin olunur.

Hələ 1995-ci ildən başlayaraq ailə proqramı layihəsi vasitəsilə ailələrdən atletlərin xüsusi olimpiya hərəkatına cəlb olunmasını görülən işlər arasında xüsusi qeyd etmək lazımdır. İndiyə qədər 440 ailənin bu hərəkata cəlb olunması, proqramın tərkibində 3-7 yaşlı atletləri əhatə edən digər bir layihə - “Gənc atletlər” əqli imkanları məhdud olan uşaqlar üçün yaradılan daha bir şansdır. Onların bu cür fiziki və adaptiv məşqlərə vaxtında cəlb edilməsi, təkcə ehtiyat qüvvələrinin yaradılması baxımından yox, sağlamlıqlarının qorunması və möhkəmləndirilməsi baxımından da çox önəmlidir. Onu da qeyd edək ki, beynəlxalq qanunlara uyğun olaraq, xüsusi olimpiya oyunlarında yalnız 8 yaşı tamam olmuş atletlər iştirak edə bilərlər.

Bundan başqa, yeniyetmə atlet proqramı, adaptiv fiziki tərbiyə proqramı, könüllülük məktəbinin qurulması kimi layihələr özünü həyatda doğruldub. Avropa futbol və basketbol federasiyaları, o cümlədən ölkənin müvafiq idman federasiyaları, idarə və nazirliklərlə sıx əməkdaşlıq şəraitində hər il 8 idman növü üzrə respublika seçmə yarışları da təşkil olunur. Bu cür yarışlar zamanı əqli cəhətdən qüsurlu idmançıların bərpası və cəmiyyətə inteqrasiyası ilə yanaşı, onların həm də sağlam idmançılarla ünsiyyəti də diqqət mərkəzində saxlanılır. Belə ki, yarışlarda sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, həm də uşaq-gənclər idman məktəblərinin, müxtəlif klubların idmançıları da iştirak edirlər. Bunlar Azərbaycan Xüsusi Olimpiya Komitəsinin dünya xüsusi olimpiya hərəkatının inkişafına böyük töhfələr verdiyini demək üçün yetərlidir.

Avropa-Avrasiya Xüsusi Olimpiya Komitəsinin prezidenti və icraçı direktoru Devid Evangelista xüsusi olimpiya hərəkatı çərçivəsində ölkəmizlə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək deyib: "Azərbaycan Xüsusi Olimpiya Komitəsi inkişaf edən bir təşkilatdır. Biz burada həm Gənclər və İdman, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin bu komitəyə dəstək verdiyinin şahidi olduq. Düşünürəm ki, komitə gələcəkdə də inkişaf edəcək".

 

Forum iştirakçıları Azərbaycanda gördükləri
təcrübəni öz ölkələrində bölüşəcəklər

Dünyanın müxtəlif yerlərindən böyük ümid və arzularla ölkəmizə təşrif buyurmuş gənc liderlər forum çərçivəsində həm də bu sahədə əldə etdiyimiz zəngin təcrübədən bəhrələniblər. Onların Bakıda olduqları bir həftə ərzində əxz etdikləri ən qiymətli dəyər isə milli, dini, irqi, sosial və digər ayrı-seçkiliyin olmadığı tolerant, çoxkonfessiyalı unikal bir ölkədə bütün millətlərin, dinlərin nümayəndələrinin dostluq, qardaşlıq şəraitində rahat şəkildə yaşayış nümunəsi idi. İnsanların mənəvi və fiziki sağlamlığında mühüm rol oynamaqla yanaşı, sülh, əmin-amanlıq, dostluq və birliyin qarantına çevrilməkdə olan idmanın inkişafına ölkəmizdə çox böyük önəm verilməsi, Azərbaycanın dünyanın idman dövlətlərindən biri kimi diqqəti cəlb etməsi də gənc liderlərin inklüziv idman və liderlik vasitəsilə yeni zirvələr fəth etmələri üçün əlavə stimul oldu.

Xüsusi Olimpiya Komitəsinin sədri Timoti Şrayver forumun Bakıda keçirilməsindən qürur duyduğunu və əsas məqsədin gənclərin səsini dünyaya çatdırmaq olduğunu dedi. O, tədbirin açılış mərasimində forum iştirakçılarının Azərbaycanda gördükləri təcrübəni öz ölkələrində bölüşəcəklərini xüsusi vurğuladı.

Forum bir sıra maraqlı tədbirlərlə də diqqət çəkdi. Braziliyalı futbolçu ikiqat dünya çempionu Kafu Xüsusi Olimpiya Hərəkatının səfiri elan edildi. Olimpiya, dünya çempionlarımızın da heyətində yer aldığı tanınmış idmançılarımızdan ibarət futbol komandamızın dünya, Avropa kollektivlərinə qarşı futbol matçı tədbirə xüsusi rəng qatdı. Forum çərçivəsində olimpiya çempionu Vladimir Qribiçin voleybol üzrə ustad dərsi, Azərbaycan Milli Gimnastika Federasiyası ilə idman gimnastikası çoxnövçülüyü üzrə olimpiya çempionu Nadia Komaneçinin birgə dərsləri xüsusi maraq doğurdu.

 

İnklüziv idman və liderlik vasitəsilə “Vahid nəsil” proqramı hazırlanacaq

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev yüksək səviyyədə keçən Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumuna ölkəmizin qiymətli töhfələr verdiyini qeyd edərək, bu tədbirin gənclərin aparıcı rol oynayacağı sosial layihələrin yeni erasının əsasını qoyacağına əminliyini bildirdi.

Tədbir zamanı dünyanın müxtəlif ölkələrindən gəlmiş gənc liderlər, əlavə olaraq, daha yaşlı 100 liderin iştirakı ilə öz ölkələrində inklüziv cəmiyyətlər formalaşdırmaq məqsədilə qrup layihələrini də hazırlamışdılar. Bakı forumundan sonra gənc liderlər öz ölkələrində həyata keçirəcəkləri layihələri tərtib etməyi planlaşdırırlar. Bu layihələrin Beynəlxalq Xüsusi Olimpiya Fondunun qrantları ilə dəstəklənməsi nəzərdə tutulub. Çünki Xüsusi Olimpiya Hərəkatının növbəti 50 il üçün əsas məqsədlərindən biri dünya miqyasında “Vahid məktəblər” adlanan məktəb proqramları vasitəsilə gənclərin bir araya gəlməsini təşviq etməkdir. Bununla da əqli imkanları məhdud olan və olmayan gənclərin inklüziv idman və liderlik vasitəsilə bir araya gəlməsini təmin edən “Vahid nəsil” proqramı hazırlanacaq. Bu isə Vahid İdman Platformasından istifadə etməklə daha inklüziv dünyanı təşviq etməyə yardımçı olacaq.

Beləliklə, sentyabrın 24-dən 27-dək davam edən Bakı Forumu dünyanın hər tərəfindən daha inklüziv dünya arzusunda olan yüz milyonların, eləcə də 200 milyona yaxın əqli imkanları məhdud insanların arzularına ümid işığı yandırdı. Bakı Forumunda gənc liderlər üçün yaradılmış geniş imkanlar onlara öz vətənlərində, yaşadıqları şəhərlərdə, təhsil aldıqları müəssisələrdə və üzv olduqları icmalarda sosial inklüzivliyə nailolma sahəsində biliklərini inkişaf etdirmək və onu daha da genişləndirmək üçün bacarıqlarından maksimum istifadə etməyə şərait yaratdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur