MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrında nümayiş ediləcək növbəti tamaşa “Pəri Cadu”
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 13-də Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Nicat Kazımovun quruluşunda “Pəri Cadu” tamaşası təqdim ediləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, mistik hadisələrin kök saldığı tamaşada əsl-həqiqətdə böyük faciələr baş verir. Pəri əri tərəfindən aldadılıb atıldıqdan sonra bütün insanlıqdan, xüsusilə də kişilərdən intiqam almaq fikrinə düşür. O, İblislə əlbir olub istədiyi ailəni dağıdır. Qurbanın sadə və ağıllı ailəsi var. Lakin arvadı gözəl deyil. Bu, onu çox narahat edir. Hafizə xanımla Sayad Qurbanı ələ keçirirlər. Qurban Sayadla evləndikdən sonra başa düşür ki, Səlimə kimi namuslu qadını körpəsi ilə nahaq yerə küçələrə salıb. Varlı xanımının təhqirlərindən bezən Qurban daha ciddi faciələrə əl atır. Hafizə də, Sayad da öz əməllərinin qurbanı olurlar...
Dramaturqun demək istədikləri bütün fikirlər səhnə təcəssümündə öz əksini tapır: İblisə uymayın, şeytani əməllərdən və fikirlərdən uzaq olun!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]