İDMAN


Gənc güləşçilərimiz “Çempionlar” beynəlxalq turnirində iştirak edəcəklər

Bakı, 28 iyun, AZƏRTAC

İyulun 4-7-də İstanbulda sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında “Çempionlar” beynəlxalq turniri keçiriləcək. İyirmi birinci dəfə baş tutacaq turnirdə gənclərdən ibarət sərbəst güləş üzrə yığmamızın üzvləri iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında 10 güləşçimiz turnirdə mübarizə aparacaq.

Heyətdə Əliabbas Rzazadə (57 kq), İntiqam Vəliyev, Əsgər Məmmədəliyev (hər ikisi 61 kq), Elmar Kazımov (65 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq) və Alimaqomed Alixmayev (97 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.