MƏDƏNİYYƏT


Gənc yazıçının yeni kitabının imza günü keçiriləcək

Bakı, 13 may, AZƏRTAC

Mayın 15-də gənc yazıçı Tural Həsənlinin yeni kitabının imza günü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, müəllif “Koma” romanı ilə "LİBRAFF Park Akademiya” kitab mağazasında kitabsevənlərin görüşünə gələcək.

Əsər Bakıda yaşayan və zəngin ailənin övladının ölkə xaricindəki həyat tərzi və sevgi münasibətlərindən bəhs edir. Sevgi nağılı təsiri bağışlayan kitabda gənclərin sosial və ekoloji problemlər fonunda həyata, hadisələrə münasibəti, onların yaşadığı hisslər çözülür.

Onu da qeyd edək ki, müəllif indiyədək altı kitabın, o cümlədən üç romanının müəllifidir. “Koma”nın yaxın aylarda Türkiyədə nəşr olunacağı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.