REGİONLAR
Gəncə Dövlət Dram Teatrının hazırladığı “Cavad xan” dramı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş olunub
Gəncə, 23 may, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Dram Teatrı tərəfindən hazırlanan yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədlinin qələmə aldığı “Cavad xan” tarixi dramı Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş etdirilib.
Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, “Cavad xan” tamaşası XIX əsrin əvvəllərində rus-erməni birləşmələri tərəfindən Gəncəyə edilən təcavüzdən, Gəncə xanının qəhrəmanlığından bəhs edir. Yaxın tariximizin - Zəfərlə bitən Vətən müharibəsinin verdiyi məğrurluq da tamaşanın yaratdığı fəxarət dolu ab-havanı artırıb.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Elşad Əhmədovdur. Cavad xan rolunu Əməkdar artist Elxan Yunis, xanın həyat yoldaşı Mələknisə Bəyim rolunu isə Xalq artisti Pərvanə Qurbanova canlandırıblar.
Tamaşada, həmçinin Əməkdar artistlər İlham Hüseynov, Ramiz Vəliyev, Novruz Cəfərov, Salamulla İsmayılov, aktyorlar Yusif Cəfərov, Samir Abbasov, Murad Meyfəliyev, Şahmar Məmmədov, Ruslan Hüseynov, Günay Cabbarova, Sevinc Hüseynova, Mətləb Təhmazi, Emil Salmanov, Elmir Məmmədov, Zəminə Cəfərova və başqaları çıxış ediblər.