CƏMİYYƏT


Gəncədə arvadını qətlə yetirən şəxs tutularaq istintaqa cəlb olunub

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 23-ü saat 17 radələrində Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovanın aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Şəhər prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatına görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Rauf Vəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Bayramovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməsi və sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rauf Vəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.