CƏMİYYƏT


Gəncədə dördmərtəbəli yaşayış binasında partlayış baş verib

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayışın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri dərhal həmin ünvana cəlb olunub. Digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata görə, üç girişdən ibarət binanın birinci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.