ELM VƏ TƏHSİL
Gəncədə məktəbdaxili qiymətləndirmə ilə bağlı seminar-müşavirə keçirilir
Gəncə, 19 fevral (AZƏRTAC). Gəncədə Təhsil Nazirliyi nümayəndələrinin iştirakı ilə kurikulumun tərkib hissəsi olan məktəbdaxili qiymətləndirmə məsələlərinə həsr edilmiş seminar-müşavirə işə başlamışdır.
AZƏRTAC xəbər verir ki, şəhərin ümumtəhsil məktəbləri direktorlarının, eləcə də dərslik müəlliflərinin iştirakı ilə keçirilən seminar-müşavirədə məktəbdaxili qiymətləndirmə-diaqnostik, formativ və simmativ qiymətləndirmələrdən geniş söhbət açılmış, təlim prosesi zamanı şagirdlərin məzmun standartlarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnmələri üçün müəllimin qarşısında duran vəzifələrdən danışılmışdır.
Seminar-müşavirə iki gün davam edəcəkdir.