Gəncədə qanunsuz tikintinin qarşısı alınıb
AzerTAg.az
Bakı, 4 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə şəhərinin Heydər Əliyev prospekti, 64 ünvanında anbar binasının inşası zamanı aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş layihədən kənara çıxılmaqla qeyri-qanuni tikinti işlərinin aparılması faktı aşkarlanıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədənkənar aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.



Xəbərin mətnində orfoqrafik səhv var