İQTİSADİYYAT
Gənclər “Elektron hökumət” portalı barədə məlumatlandırılıb
Bakı, 22 avqust, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM), Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Gənclər və E-Hökumət” adlı növbəti təlim təşkil olunub.
MHM-dən AZƏRTAC-a bildirilib ki, təlimdə zamanı “Elektron hökumət” portalı, “Elektron imza”nın praktiki tətbiqi və e-imza ilə biznes proseslərinin səmərəliliyinin artırılması qaydaları, elektron vergi xidmətləri, məcburi dövlət sosial sığortası üzrə hesabatların, əmək bildirişlərinin qeydiyyata alınması xidmətləri barədə ətraflı məlumat verilib.
Sonra təlim Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarından ibarət qrup üçün davam etdirilib.