İDMAN
Gənclər və idman naziri Azərbaycan Autizm Assosiasiyasının üzvləri ilə görüşüb
Bakı, 11 yanvar, AZƏRTAC
Yanvarın 11-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Autizm Assosiasiyasının üzvləri ilə görüşüb.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Respublika Olimpiya Mərkəzində keçirilən görüşdə autizmlilərə verilən idman təliminin bir qismi nümayiş etdirilib.
Görüşdə qeyd olunub ki, autizmlilərin reabilitasiyasında idmanın çox böyük rolu var. Müxtəlif idman növləri üzrə (stolüstü tennis, atletika, velosiped idmanı, bocce və s.) təlimlər keçirilir.
Tədbirdə təlimlər və yarışlar barədə məlumat verilib. Fərid Qayıbov autizmli uşaqların idman məşğələlərinə cəlb edilməsi və reabilitasiyasına diqqətin artırılması mövzusunda mütəxəssislərlə fikir mübadiləsi aparıb.
Görüş çərçivəsində bocce idman növünün kiçik təqdimatı da olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]