ELM VƏ TƏHSİL


Genetik Ehtiyatlar İnstitutunda Qələbə Günü münasibətilə onlayn tədbir keçirilib

Bakı, 16 noyabr, AZƏRTAC

Genetik Ehtiyatlar İnstitutunda 10 noyabr - Qələbə Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, institutun direktoru, AMEA-nın müxbir üzvi Zeynal Əkpərov kollektivi möhtəşəm qələbə münasibətilə təbrik edib.

Z.Əkpərov bu sevinci xalqımıza yaşatdığına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna dərin təşəkkürünü bildirib.

Tədbirdə çıxış edənlər şanlı ordumuzun rəşadətindən, habelə Azərbaycan diplomatiyasının uğurlarından danışıblar. Şuşa, Xocalı, Zəngilan, Cəbrayıl və digər rayonlardan olan institut əməkdaşları illərdən bəri həsrətində olduqları ata-baba yurdlarına nəhayət ki, gedə biləcəklərini sevinclə bildiriblər.

Sonda institutun Qarabağ Elmi-Tədqiqat Bazasının dağıdılmış infrastrukturunun bərpa edilməsinə, tədqiqatların genişləndirilməsinə, işğaldan azad olunan ərazilərdə elmi müəssisənin yeni dayaq məntəqələrinin yaradılmasına, aqro-biomüxtəlifliyin təftişi üçün elmi ekspedisiyaların təşkilinə və digər tədbirlərin həyata keçirilməsinə dair təkliflər irəli sürülüb. İnstitutun direktoru Z.Əkpərov təkliflərin nəzərə alınacağını bildirib.

İclasda institutun bütün elmi işçiləri, o cümlədən regionlarda yerləşən elmi-tədqiqat bazalarının (Qarabağ, Lerik, Tovuz, Quba) əməkdaşları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.