ELM VƏ TƏHSİL


Genetik Ehtiyatlar İnstitutunun əməkdaşlarının məqaləsi xarici jurnalda dərc olunub

 Bakı, 25 yanvar, AZƏRTAC

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları - biologiya üzrə fəlsəfə doktoru, dosent Xanbala Rüstəmov, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və biologiya üzrə fəlsəfə doktoru dosent Mehrac Abbasovun “Azərbaycanın bərk buğda sortlarının (Triticum durum Desf.) ataptiv potensialı” adlı məqaləsi N.İ.Vavilov adına Ümumrusiya Bitki Genetik Ehtiyatları İnstitutunun tətbiqi botanika, genetika və seleksiya üzrə elmi jurnalında dərc olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, məqalə bərk buğdanın Azərbaycanda yaradılmış qədim yerli, xalq və elmi seleksiya sortlarının adaptivlik potensialının müxtəlif aqroiqlim şəraitlərində tədqiqi üzrə aparılan uzunmüddətli tədqiqatların nəticələri əsasında hazırlanıb.

Qeyd edək ki, adıçəkilən jurnal Rusiya Federasiyasının bitki genetik ehtiyatları üzrə tanınmış və ən çox oxunan nəşridir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.