ELM VƏ TƏHSİL


“Geologiya və geofizikada innovasiyalar” mövzusunda konfrans keçiriləcək

Bakı, 7 iyun, AZƏRTAC

Oktyabrın 5-dən 8-dək AMEA-nın Geologiya və Geofizika İnstitutunun təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində “Geologiya və geofizikada innovasiyalar” mövzusunda gənc alim və tələbələrin VIII Beynəlxalq elmi konfransı keçiriləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd geologiya və geofizika sahəsində tədqiqat aparan gəncləri bir araya gətirməkdir.

Elmi tədbir “Yer qabığının araşdırılmasında yeni yanaşma və metodlar”, “Geoloji və geofiziki problemlərin həllində informasiya texnologiyaları”, “Yer tarixinin dövrləşdirmə problemləri və geoloji hadisələrin əlaqəsi”, “Karbohidrogen və filiz-maqmatik sistemlər”, “Kompüter elmləri və geologiyası - Yer qabığının maddi və struktur təkamülünün geodinamik qanunauyğunluqları” kimi istiqamətləri əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.