REGİONLAR
Gömrük Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək
Bakı, 24 iyul, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iyulun 28-də saat 10:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 27) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən - Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 27-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012 404-22-00) və Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.