CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilərək siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 20 iyun, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilərək siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı avtomobilə gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin kabinasında ön oturacaqların altında, kabinanın arxasında yanğın söndürmə balonu üçün nəzərdə tutulan yerdə, avtomobilin qoşqusunun arxa hissəsindəki hidravlik nasosun üst hissəsində gömrük nəzarətindən gizlədilən ümumilikdə 19 min 800 “Parliament Heets Yellow” və “Amber”, “Purple Label” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.