CƏMİYYƏT
Goranboy rayon sakininin evindən tüfəng aşkarlanaraq götürülüb
Bakı, 23 yanvar, AZƏRTAC
Goranboy və Şamaxı Rayon Polis şöbələrinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə F.Aslanovun Safikürd kəndindəki yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan “SVD” markalı tüfəng və 140 patron aşkarlanaraq götürülüb.
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə 2-ci Çaylı kənd sakini S.Həbibovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.
Faktlarla bağlı təhqiqat aparılır.