ELM VƏ TƏHSİL
Göyçayda “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirə təşkil olunub
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Göyçay rayon Ləkçıplaq kənd 1 nömrəli orta məktəbində “Heydər Əliyev və Azərbaycan” mövzusunda mühazirə təşkil olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun aparıcı elmi işçisi Nardanə Yusifova mühazirə oxuyub.
Mühazirədə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, Ulu Öndərin əbədiyaşar ideyalarının əhəmiyyətindən bəhs edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]