REGİONLAR
Göyçayda meyvə tədarükü artıb
Göyçay, 26 oktyabr, AZƏRTAC
Göyçayda meyvə yığımı davam edir və yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min 405,1 ton çoxdur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin doqquz ayında 39 min 558,4 ton meyvə tədarük olunub. Cari mövsümdə armud istehsalı 76,8 ton artaraq 1590,5 tona, alça istehsalı 665,2 ton artaraq 4861,7 tona çatıb.
Göyçayda daha çox nar və xurma bağları var. Hazırda hər iki sahədə məhsul yığımı davam edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə nar bağlarında tədarük 12 min 405,1 ton artıb və 39 min 558,4 ton olub. Xurma bağlarından isə hələlik 8 min 60 ton məhsul yığılıb.
Qeyd edək ki, yığılan nar və xurma məhsullarının xeyli hissəsi xarici bazarlara, o cümlədən Rusiyaya, Ukraynaya ixrac olunur.