REGİONLAR
Göyçayın 6 kəndində modul tipli sutəmizləyici qurğu istifadəyə verilib
Göyçay, 1 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən təkcə Göyçay rayonunun 6 kəndində modul tipli sutəmizləyici qurğu istifadəyə verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kəndlərdə sutəmizləyici qurğular Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cari ilin birinci yarısında istismara buraxılıb. Ərəbşahverdi, Xəlitli, Hacıağabəyli, Qaraxıdır, Şəkili və Çərəcə kəndlərində modul tipli sutəmizləyici qurğularla yanaşı, ümumilikdə, 101 ədəd bulaq da tikilib.
Artıq 6 kəndin 5132 nəfər sakini ekoloji cəhətdən təmiz su ilə təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [18:23]
Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb
- 08.05.2024 [17:48]
Gəncədə “Yaradıcı müzakirələr” keçirilir
- 08.05.2024 [17:02]
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 08.05.2024 [16:57]
Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb
- 08.05.2024 [16:35]