DÜNYA
“Gucci” ödənişləri kriptovalyuta ilə alacaq
Roma, 8 may, AZƏRTAC
İtaliyanın moda nəhəngi “Gucci” şirkəti ABŞ-dakı mağazalarda ödənişləri kriptovalyuta ilə qəbul etməyə başlayacağını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, lüks geyim sənayesinin rəqəmsal bazarlara marağının artdığı vaxtda “Gucci” moda evi Nyu-York, Los-Anceles, Mayami, Atlanta və Las-Veqasdakı bəzi mağazalarının may ayının sonundan etibarən məhsullara görə ödənişləri kriptovalyuta ilə qəbul edəcəyini bildirib. Kriptovalyuta ilə alış-veriş yay fəslinin sonuna kimi Şimali Amerikadakı bütün mağazalarda mümkün olacaq.
Şirkət “Bitcoin”, “Bitcoin Cash”, “Ether”, “Dogecoin” və “Shiba” daxil olmaqla ümumilikdə 10 kriptovalyutanı qəbul edəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]