REGİONLAR
Güclü leysan və dolu Qobustanın Şıxzahırlı kəndində ciddi fəsadlar törədib
Qobustan, 2 iyun, AZƏRTAC
İyunun 1-də axşam saatlarından gecəyədək davam edən güclü leysan və dolu Qobustan rayonu ərazisində ciddi fəsadlar törədib.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a verilən məlumatda bildirilir ki, təbii fəlakət nəticəsində rayonun Şıxzahırlı kəndində həyətyanı sahələri, evləri və yardımçı binaları sel basıb, əkin sahələrinə ciddi ziyan vurub. Güclü sel Bakı-Şamaxı-Yevlax magistral yolunun 80-82-ci kilometrində avtomobillərin hərəkətini dayandırıb.
Rayon icra hakimiyyəti tərəfindən yaradılan xüsusi qrup “Azəravtoyolservis” ASC-nin yerli qurumları ilə birgə gecə təmizləmə işləri apararaq, yolda hərəkəti bərpa edib.
Hazırda Şıxzahırlı kəndində sel suları və dolunun törətdiyi fəsadların aradan qaldırılması, eləcə də dəymiş zərərin dəqiqləşdirilməsi üçün tədbirlər görür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]