İDMAN


Güləşçimiz Avropa çempionatında gümüş medal qazanıb

Bakı, 3 avqust, AZƏRTAC 

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatın dördüncü günündə gənc qızlardan ibarət yığmamızın iki üzvü mübarizə aparıb. Güləşçilərimiz günü bir gümüş medalla başa vurublar.

Əlli üç kiloqram çəki dərəcəsində güləşən Tatyana Varantsova İtaliyadan və Ukraynadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Final yolunda güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə tam üstünlüklə qalib gələn Tatyana Varantsova finala yüksəlib. Həlledici görüşdə Türkiyə idmançısına uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.