İDMAN
Güləşçimiz Nurməhəmməd Hacıyev “Ugra Open” turnirinin qalibi olub
Bakı, 15 oktyabr, AZƏRTAC
Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə Vladimir Semyonovun mükafatı uğrunda “Ugra Open” turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, ənənəvi yarışda yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında çıxış edən güləşçilərimizdən Nurməhəmməd Hacıyev (97 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Ruslan Qasımov (61 kq) və Roman Bəkirov (97 kq) bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yeri tutublar.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]