CƏMİYYƏT


Gün ərzində 30-50 qram qoz-fındıq yeyilməsi orqanizmə faydalı təsir göstərir

Bakı, 24 yanvar, AZƏRTAC

Çərəzlərin faydası hələ eramızdan əvvəl də insanlara məlum idi. Qədim Bizans kahinləri daha ağıllı olmaqdan və üsyana qalxa biləcəklərindən ehtiyat etdikləri üçün aşağı təbəqədən olanların çərəz yeməyini qadağan etmişdilər.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, tərkibində E vitamininin olduğuna görə qoz-fındıq yaddaşı gücləndirir, əqli fəaliyyəti stimullaşdırır, yaşlı insanlarda yaddaş zəifliyinin inkişaf etməsi ehtimalını azaldır. Kalsium, kalium, dəmir, maqnezium, yod, fosfor, selen və müxtəlif vitaminlər, yağ turşuları, zülallarla zəngin olan qoz, fındıq, badam, yerfındığı və hind qozu ürək-damar sistemi üçün çox faydalıdır. Atereskleroz, qan azlığı, damar və ürəyin işemik xəstəlikləri kimi yayılmış xəstəliklər zamanı onlar yaxşı profilaktik və müalicəvi səmərə verir. Tərkibində çoxlu miqdarda yodun olmasına görə qoz-fındıq qalxanvarı vəzi xəstəlikləri olanlar üçün də çox xeyirlidir. Onunla qidalanmaq mübadilə proseslərini və qaraciyərin fəaliyyətini yaxşılaşdırır, fiziki gücü artırır, əzələlərə müsbət təsir göstərir.

Yaz avitaminozları zamanı həmin çərəzlər insanı onun sağlamlığı üçün çox vacib olan vitaminlərlə təmin edir. Yazda digər meyvə-tərəvəzdə vitamin az miqdarda qaldığı halda qoz-fındıqda faydalı maddələr hətta bir neçə il ərzində saxlanılır. Müsbət xüsusiyyətləri ilə yanaşı, qoz-fındığın bəzi özəllikləri də var. Allergiyaya səbəb olduğuna görə fiziki cəhətdən sağlam olanlar da həmin məhsulları ifrata varmadan məhdudlaşdırılmış miqdarda qəbul etməlidirlər. Gün ərzində 30-50 qram qoz-fındıq yemək orqanizmin həmin çərəzlərin tərkibində olan maddələrə olan ehtiyacını tam ödəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.