İQTİSADİYYAT
“Günəşli”də 3 quyu istifadəyə verilib
Bakı, 30 mart, AZƏRTAC
“Günəşli” yatağında iki həftədə 3 quyu istifadəyə verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədilə fəaliyyətsiz fondda olan quyuların təmiri üzrə ardıcıl tədbirlər həyata keçirir. “Günəşli” yatağında da quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Yataqda iki həftə ərzində 19 nömrəli dərin dəniz özülündə 28 nömrəli quyu, 8 nömrəli dərin dəniz özülündə 288 nömrəli quyu, 13 nömrəli dərin dəniz özülündə isə 352 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyular ümumilikdə sutkalıq 150 ton neft və 100 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib. Quyularda istismar işləri birliyin “28 May” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]