İDMAN


Gürcü idmançı: Azərbaycan Gimnastika Federasiyası turnirləri yüksək səviyyədə təşkil edir

Tbilisi, 14 mart, AZƏRTAC

Heç kim Azərbaycan Gimnastika Federasiyası (AGF) kimi yüksək səviyyəli turnirlər təşkil edə bilməz.

AZƏRTAC xəbər verir ki, bu sözləri gürcü mətbuatına müsahibəsində “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyən idmançılar üçün Bakıda təşkil edilmiş təsnifat xarakterli yarışda iştirak edən gürcüstanlı gimnast Konstantin Kuzakov söyləyib.

İdmançı deyib: “Bakıdan başqa, heç bir yerdə AGF kimi gözəl təşkilatçı görmədim. Burada hər bir qrupa bir bələdçi ayrılıb. Hər dəfə bizə lazım olan məsləhətlər verilir, bizi düzgün istiqamətləndirirdilər”.

Bakını özünə doğma şəhər hesab edən Konstantin Kuzakov artıq üçüncü dəfədir ki, Azərbaycana səfər etdiyini və bu dəfə Bakını çox gəzdiyini deyib.

İdmançı Azərbaycan və xüsusən də Bakı şəhəri ilə tanışlıqdan məmnun qaldığını bildirib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.