SİYASƏT
Gürcüstan KİV-ləri Azərbaycan Prezidentinin ICESCO-nun Baş direktoru ilə görüşündən yazıb
Tbilisi, 14 yanvar, AZƏRTAC
Gürcüstanın “report.ge”, “24news.ge”, “dalgatv.ge”, “marneulifm.ge” informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünə geniş yer ayırıb.
AZƏRTAC-a istinadla yayılan materiallarda Prezident İlham Əliyevin ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində törətdikləri vəhşiliklərlə bağlı söylədiyi faktlar, həmçinin ICESCO-nun Baş direktorunun həmin torpaqlarda gördüyü mənzərə barədə fikirləri gürcü oxucuların diqqətinə çatdırılıb.
Yazılar oxuculara Azərbaycan, rus, ingilis və gürcü dillərində təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi