SİYASƏT
Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışından silsilə materiallar yayıb
Tbilisi, 13 aprel, AZƏRTAC
Gürcüstanın aparıcı informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışından silsilə materiallar yayıb.
AZƏRTAC xəbər verir ki, report.ge, interpress.ge, 24news.ge, kvira.ge, aktual.ge, ghn.ge, accentnews.ge informasiya portallarında Azərbaycan, rus, ingilis və gürcü dillərində yerləşdirilən materiallarda dövlətimizin başçısının çıxışından bəzi məqamları diqqətə çatdırılıb.
Əsasən Prezident İlham Əliyevin çıxışından sitatlar əsasında hazırlanan materiallarda 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda inkişafın təmin edilməsi üçün sabitliyə ehtiyac olduğu, qonşularımızın regional inkişafla bağlı Azərbaycanın baxışlarını paylaşdığı, həmçinin Azərbaycanın ATƏT-in Minsk qrupunun Cənubi Qafqazda dinc həyatın nizamlanması üzrə təkliflərini təqdim etməsini gözlədiyi, Ermənistanın “İsgəndər-M” raketindən istifadə etməsinin hərbi cinayət olduğu barədə fikirlər əksini tapıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi