DÜNYA
Gürcüstan paytaxtında ənənəvi “Tbilisoba” bayramı qeyd olunur
Tbilisi, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Gürcüstan paytaxtında ənənəvi “Tbilisoba” bayramı qeyd olunur.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək bayram çərçivəsində paytaxt Tbilisinin mərkəzində kənd təsərrüfatı, yeyinti sənayesi və yüngül sənaye məhsullarının satış yarmarkası təşkil olunub. Kür çayının üzərindəki Barataşvili körpüsündə retro və müasir tipli avtomobillərin sərgisi də açılıb.
Gürcüstanın dövlət və hökumət rəsmiləri bayram tədbiri keçirilən küçə və parkları gəzib, xalqı təbrik ediblər. Bayram günləri çərçivəsində maraqlı konsert proqramı da təşkil olunub.
Qeyd edək ki, “Tbilisoba” bayramı 1979-cu ildən qeyd edilir. Bu bayramda Gürcüstan vətəndaşları küçələrdə, prospektlərdə və parklarda milli suvenirlərin satışını təşkil edirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]