DÜNYA


Gürcüstan polisi İran və Yunanıstan vətəndaşlarından küllü miqdarda narkotik vasitə götürüb

Tbilisi, 14 avqust, AZƏRTAC

Gürcüstan polisi böyük miqdarda narkotik vasitə daşıyan kişi və qadını saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Polis Departamentinin direktoru Mamuka Çelidze bu gün keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, saxlanılanlar İran və Yunanıstan vətəndaşlarıdır.

Tbilisi-Senaki-Leselidze avtomobil magistralında saxlanılan şəxsin avtomobilindən 1002 subuteks həbi və 164 hissəyə bölünmüş narkotik vasitə götürülüb.

Yenə həmin avtomagistralda saxlanılmış qadının avtomobilindən isə 293 ədəd MDMA həbi götürülüb.

Eyni zamanda, onlardan yeni kimyəvi üsulla hazırlanmış narkotik vasitə götürülüb.

Saxlanılan şəxsləri 8 ildən 20 ilədək həbs cəzası gözləyir.

Çelidze bildirib ki, cari il yanvarın 1-dən avqustun 14-dək polis, ümumilikdə, 22 kiloqram heroin, 2 kiloqrama yaxın kokain, 3,5 min həb ekstaz, 8 min 500 subuteks həbi, 9 kiloqramdan çox yeni psixoaktiv maddə müsadirə edib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.