CƏMİYYƏT
Gürcüstan saytı AZƏRTAC-ın müxbirinin məqaləsini yayıb
Tbilisi, 20 noyabr, AZƏRTAC
Gürcüstanda Azərbaycan və gürcü dillərində yayımlanan, geniş oxucu kütləsinə malik gaxa.ge internet portalı AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 27-ci ildönümü ilə bağlı məqaləsini dərc edib.
Məqalədə Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq münasibətlərindən, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından ötən müddətdə əldə olunan uğurlardan bəhs edilir, habelə siyasətçilərin fikirlərindən sitatlar gətirilir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: https://gaxa.ge/n/2900
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi