DÜNYA


Gürcüstan və Türkmənistan “Xəzər dənizi-Qara dəniz” nəqliyyat dəhlizinin perspektivlərini müzakirə ediblər

Tbilisi, 9 sentyabr, AZƏRTAC

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ilə Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredovla arasında onlayn görüş keçirilib.

Görüşdə “Xəzər dənizi-Qara dəniz” beynəlxalq nəqliyyat dəhlizinin perspektivləri əsas müzakirə mövzusu olub.

Gürcüstan Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Əfqanıstan, Türkmənistan, Gürcüstan və Türkiyə arasındakı “Lapis-Lazuli” nəqliyyat dəhlizinin vacibliyi qeyd olunub, bu marşrutun regional iqtisadi-ticari əməkdaşlığın genişlənməsinə və inkişafına təkan verəcəyi xüsusi vurğulanıb.

Tərəflər avtomobil magistralları və dəniz limanlarından səmərəli istifadə olunmaqla beynəlxalq yükdaşımaların həcminin artırılmasının mümkünlüyünü qeyd ediblər.

Bu məqsədlə Gürcüstan-Türkmənistan Hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasının yaxın vaxtlarda keçirilməsinin də vacibliyi diqqətə çatdırılıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.