DÜNYA
Gürcüstanda daha bir bank qarət olunub
Tbilisi, 27 noyabr, AZƏRTAC
Gürcüstanın paytaxtında daha bir bank qarət edilib. Sayca 4-cü olan soyğunçuluq hadisəsi noyabrın 27-də Tbilisinin Diğomi yaşayış massivində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, silahlı şəxs “Gürcüstan bankı”nın ekspres filialına basqın edib. O, xeyli pul oğurlayaraq qaçıb. Nə qədər pulun oğurlandığı barədə açıqlama verilmir.
Hadisə zamanı xəsarət alan olmayıb. Polis faktla bağlı istintaq tədbirlərinə başlayıb.
Qeyd edək ki, son bir ayda Gürcüstanda 4 bank qarət edilib, bir maliyyə kredit təşkilatının ofisinə isə hücum olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]