SİYASƏT
Gürcüstandakı soydaşlarımız Azərbaycan Ordusuna daha bir dəstək aksiyası keçiriblər
Tbilisi, 14 oktyabr, AZƏRTAC
Gürcüstan paytaxtının Soğanlıq qəsəbəsinin (Ponicala) bir qrup fəal gənci Azərbaycana daha bir dəstək aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, gənclər üzərində Azərbaycan, Türkiyə və Gürcüstanın bayraqları asılmış avtomobil karvanı ilə Soğanlıqdan Tbilisiyə qədər avtoyürüş həyata keçiriblər.
Yolboyu Azərbaycan musiqisi, Azərbaycana dəstək şüarları səsləndirilib.
Yürüş iştirakçıları Tbilisinin mərkəzindəki meydandan dönərək Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında dayanıb, “Var olsun Azərbaycan!”, “Biz səninləyik Azərbaycan!”, “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” və sair şüarlar səsləndiriblər.
Sonra avtomobil yürüşü yenidən Soğanlığa qədər davam edib.
Yolboyu minlərlə insan bu aksiyanı izləyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi