SİYASƏT
Gürcüstanın KİV-ləri Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin iclasındakı fikirlərinə geniş yer veriblər
Tbilisi, 10 aprel, AZƏRTAC
Gürcüstan televiziyalarının xəbərlər proqramları və populyar http://www.apsny.ge/ , http://www.interpressnews.ge/ saytları Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı fikirlərinə geniş yer veriblər.
Dövlətimizin başçısının Azərbaycan-Rusiya-İran və Azərbaycan-Gürcüstan-Türkiyə formatlarında əməkdaşlığın regional təhlükəsizliyə və əlaqələrin daha da dərinləşməsinə xidmət etməsi barədə fikirləri Gürcüstan KİV-lərində xüsusi vurğulanıb.
Yerli mətbuat, eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinə də geniş yer ayırır. Azərbaycan Prezidentinin çıxışlarına istinad olunan məlumatlarda ötən həftə qoşunların təmas xəttində vəziyyətin gərginləşdiyi, silahlı toqquşmanın baş verdiyi, tərəflərin sonradan atəşkəs barədə razılığa gəldikləri qeyd edilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi