MƏDƏNİYYƏT
HƏMYERLİMİZİN PARİSDƏ SOLO KONSERTİ
Azərbaycanın Parisdəki səfirliyi iyunun 6-da Beynəlxalq Diplomatiya Akademiyasının salonunda Fransa Ali Musiqi Akademiyasının aspirantı həmyerlimiz Murad Hüseynovun solo konsertini təşkil etmişdir. Fransız dinləyiciləri qarşısında dəfələrlə müvəffəqiyyətlə çıxış etmiş istedadlı pianoçumuzun Avropa və Azərbaycan bəstəkarları Skarlatti, Haydn, Pulenk, Şuman, Şopen, Q.Qarayev və A.Bəbirovun əsərlərindən ifa etdiyi parçalar sürəkli alqışlarla qarşılanmışdır.
Akademiyanın kollektivi, diplomatik korpusun üzvləri, səfirliyimizin əməkdaşları və Fransadakı Azərbaycan icmasının nümayəndələri konsertdə olmuşlar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:51]
Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub
- 26.04.2024 [17:46]
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
- 26.04.2024 [16:45]
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
- 26.04.2024 [15:15]
Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək
- 26.04.2024 [15:11]
Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək
- 26.04.2024 [12:38]