ELM VƏ TƏHSİL
HƏRBİ LİTSEYİN NAXÇIVAN FİLİALI YENİ DƏRS İLİNƏ TAM HAZIRLIQLA BAŞLAMIŞDIR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin xeyir-duası ilə 1999-ci ildə fəaliyyətə başlayan Cəmşid Naxçıvanski adına Hərbi Litseyin Naxçıvan filialı qısa müddətdə xeyli inkişaf etmiş, onun maddi-texniki bazası möhkəmlənmiş, burada yeni tədris korpusu istifadəyə verilmişdir.
İndi məktəbdə 602 kursant təhsil alır, onların 250 nəfəri məktəbə bu il qəbul olunmuşdur. Filialın 212 müdavimi təhsilini müxtəlif ali hərbi məktəblərdə davam etdirir.
Bu faktları yeni dərs ili ilə bağlı filialda keçirilən mərasimdə onun rəisi, general-mayor Rasim Əliyev səsləndirmişdir.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak və çıxış etmişdir.
Valideynlər Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin orduya, təhsilə yüksək qayğı göstərdiyini dərin minnətdarlıqla bildirmiş, dövlətimizin başçısına cansağlığı və uzun ömür arzulamışlar.