DÜNYA
HAYFANIN İBTİDAİ MƏKTƏBLƏRİNDƏ ƏRƏB DİLİ DƏ TƏDRİS EDİLƏCƏK
AZƏRTAC-ın “Novosti” agentliyindən aldığı xəbərə görə, İsrailin Hayfa şəhərinin meri Yon Yahav ibtidai məktəblərdə ərəb dili və mədəniyyətinin tədris olunması təşəbbüsü ilə çıxış etmişdir. O demişdir ki, dil maneəsi yəhudi-ərəb münaqişəsini qızışdıran əsas səbəblərdən biridir və bu problem aradan qaldırılmalıdır. Şəhərin bələdiyyə idarəsi özəl xeyriyyə fondunun iştirakı ilə layihənin ilkin mərhələsini yəhudi uşaqların təhsil aldığı 12-15 kiçik təhsil müəssisəsində maliyyələşdirəcəkdir.
Merin bu təşəbbüsünü İsrailin maarif naziri xanım Limor Livnat da dəstəkləmişdir. Nazirlik təhsil proqramlarının və vəsaitlərinin hazırlanmasında iştirak edəcəkdir. Livnata ünvanlanmış məktubunda Yahav bildirir ki, uşaqlara regiondakı qonşu ölkələrlə dinc yanaşı yaşamaq prinsiplərinin kiçik yaşlarından öyrədilməsi ümummilli əhəmiyyətli iş olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]