DÜNYA
HİLLARİ KLİNTON HƏYAT YOLDAŞINI İŞƏ DÜZƏLDƏCƏK
AZƏRTAC Assoşieyted Press Agentliyinə istinadla xəbər verir ki, ABŞ prezidentliyinə namizəd Hillari Klinton seçkilərdə qalib gələrsə, həyat yoldaşını, sabiq ABŞ Prezidenti Bill Klintonu dünya səfiri vəzifəsinə təyin etməyi planlaşdırır. Xanım Klinton demişdir: “O demişdir ki, nə xahiş etsəm, hamısını yerinə yetirəcəkdir. Mən onu işə götürəcəyəm”.
Sabiq birinci xanım söyləmişdir ki, onun həyat yoldaşı dünyada ABŞ-ı “dəstəkləmə qrupu”na başçılıq etmək üçün ən yaxşı namizəddir. Klinton demişdir ki, keçmiş prezidentlər beynəlxalq aləmdə Amerikanın müsbət obrazını yaratmaqda böyük rol oynaya bilərlər. İraq müharibəsinin dünyada antiamerika əhval-ruhiyyəsi doğurduğu bir vaxtda ABŞ-ın buna xüsusi ehtiyacı var.
2001-ci ildə istefaya gedən B.Klinton Amerika demokratları arasında əvvəlkitək böyük nüfuza malikdir. O, prezidentlik səlahiyyətləri başa çatandan sonra uzun müddət mühazirələr oxumuş, humanitar yönümlü layihələrlə məşğul olmuşdur. 2005-ci ildə Cənub-Şərqi Asiyada dağıdıcı sunami nəticəsində zərərçəkənlərə BMT-nin yardım proqramına başçılıq etmişdir.