HİNDLİ MİLYARDER FRANSANIN MƏŞHUR KRAL SARAYINI – VERSALI İCARƏYƏ GÖTÜRƏCƏK

AZƏRTAC xəbər verir ki, hindli milyarder qızının toyunu Fransanın məşhur kral sarayında - Versalda keçirmək niyyətindədir. Varidatına görə, İngiltərədə beşinci adam olan Lakşmi Mittal bu mərasimə 50 milyon dollardan çox xərcləmək fikrindədir.

Min iki yüz qonağın iştirak edəcəyi əsas şənliklər Parisin yaxınlığında, XIV Lüdoviq zamanından qalma qəsrdə keçiriləcəkdir. Budəfəki toy mərasimi Mittalın oğlunun 4 il bundan əvvəl Hindistanda keçirilən toyundan daha dəbdəbəli olmalıdır. O vaxt bəylə gəlini qiymətli daş-qaşla bəzədilmiş filin üstünə oturtmuşdular.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.