SİYASƏT
HÜQUQ QAYDALARININ KOBUD ŞƏKİLDƏ POZULMASI HALLARINA YOL VERİLMƏMİŞDİR
Bakı şəhər Baş Polis İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, özünü “Müxalifətin Koordinasiya Mərkəzi” adlandıran quruma daxil olan partiyaların mayın 18-də metronun “20 Yanvar” stansiyasından başlayaraq, Həsən bəy Zərdabi küçəsindən keçməklə Dövlət Film Fondunun (keçmiş “Qələbə” kinoteatrı) binası qarşısındakı meydanda Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış yürüş-mitinqi keçirilmişdir.
Saat 17.00-dan 19.00-dək davam edən yürüş-mitinqdə həmin partiyaların 5000 (beş min) nəfərə qədər üzvü və təəssübkeşi iştirak etmişdir. Bu zaman ictimai asayişin və hüquq qaydalarının kobud şəkildə pozulması hallarına yol verilməmişdir.