DÜNYA
Hakerlər qurğulara müdaxilə məqsədilə subtitrlərdən istifadə edirlər
Bakı, 25 may, AZƏRTAC
“Check Point Software” antivirus şirkəti dünyada 200 milyon istifadəçini təhlükə altında qoyan yeni kiberhücum aşkar ediblər.
Hakerlər “VLC”, “Kodi” (“XBMC”), “Popcorn Time” və “Stremio” kimi proqram mediapleyerləri üçün zərərverici subtitrlər yaratmağı və bu proqram təminatı qurulmuş qurğulara (smartfon, planşet, kompüter, televizor) müdaxilə etməyi öyrəniblər.
AZƏRTAC “dailycomm.ru” saytına istinadən bildirir ki, “VLC” mediapleyerinin 5 iyun 2016-cı il tarixində buraxılmış son versiyası 170 milyon dəfədən çox yüklənilib. Təhlükə yaradan başqa pleyerlər milyon dəfələrlə yüklənib. “Check Point” şirkətinin nümayəndəsi bildirib ki, subtitrlərlə bağlı boşluqlar səbəbindən təxminən 200 milyon qurğu risk qrupuna daxildir.
Pleyerlərin yaradıcıları yuxarıda qeyd edilmiş problemi aradan qaldıraraq yeni versiyalar çıxarıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [21:18]
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib
- 08.05.2024 [21:17]
Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq
- 08.05.2024 [20:55]
Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir
- 08.05.2024 [19:29]
Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]